3 il əvvəl

SMS-in açıqlaması (Short Message Service) qısa mesaj xidməti - mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistemdir.

SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir.

1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.

Hamıya maraqlıdır ki, 1 SMS necə olur ki, məhz 160 simvolla dəyərləndirilir. Bizə elə gəlir ki, bu texniki məsələlərlə bağlıdır. Əslində məsələnin heç bir texniki mahiyyəti yoxdu.

160 simvolu yaradıcısı alman Friedham Hillebranddır. 1985-ci ildə ünsiyyət araşdırmacısı F.Hillebrand və bir neçə həmkarına göstəriş verilir. Onlar telefonlarda yazılan sms-lər üçün vahid standart yaratmalı idilər.

Hillebrand bir mesajın simvolunun nə qədər olacağını götür-qoy edir. Makinasının qarşısına oturur və insanların bir qısa mesajda yazmalı ola biləcəyi bütün qeydləri və sualları yazır.

Sonra bu qeydləri yoxlayır və 1 SMS üçün yetərli olduğunu düşünür. Bundan sonra 1 SMS-in 160 simvol olması vahid standart kimi qəbul edilir.

Baxış sayı: 1079
Paylaş: